- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur.
Bunu Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Tomas Kikincer Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.
O bildirib ki, AQTİ-də qurulan laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir: “Mən Avstriyanın Qida Təhlükəsizliyi Agentliyini təmsil edirəm və deyə bilərəm ki, gördüyüm bu laboratoriyada ən qabaqcıl metodlardan istifadə olunur. Biz də Avstriyada eyni metodlardan və avadanlıqlardan istifadə edərək işimizi aparırıq. Bu böyük bir fürsətdir və əlbəttə ki, çox gözəl təəssürat bağışlayır. Məncə burada mükəmməl avadanlıq və metodlardan istifadə olunur”.
Tomas Kikincer qeyd edib ki, belə laboratoriyaların fəaliyyəti ölkədə qida təhlükəsizliyinin təmin edilməsində böyük önəm daşıyır: “Ümidvaram ki, gələcəkdə biz sıx şəkildə birgə işləyə bilərik. Nəzərə alsaq ki, bizim apardığımız iş eynidir. Odur ki, laboratoriyaların inkişafı sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyo və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tuturuq”.