- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Mayın 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) vətəndaşlar üçün növbəti “Açıq qapı” günü keçirilib.
Əvvəlcədən qeydiyyatdan keçmiş vətəndaşların, həmçinin KİV nümayəndələrinin iştirak etdiyi görüşdə bildirilib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşlara İnstitutun fəaliyyət istiqamətləri, istehsal və idxal-ixrac olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriyalarda aparılan müayinə və analizlər barədə ətraflı məlumat verməkdir. Qeyd olunub ki, qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktiv iştirakını həyata keçirmək üçün onların maarifləndirilməsi vacibdir. “Açıq qapı” gününün təşkili də belə tədbirlərdən biridir.
Tədbirdə İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradıldığı, seçilmiş potensiallı kadrların təlimə cəlb edilərək laboratoriyalarda müvafiq işlə təmin olunduğu, habelə müayinələrin beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirildiyi barədə vətəndaşlara məlumat verilib. Qeyd olunub ki, laboratoriyaların mövcud imkanları Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.
Daha sonra iştirakçılara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı mərkəzi”nə daxil olan vətəndaş müraciətləri, sahibkarlarla əməkdaşlıq, İnstitutda aparılan elmi araşdırmalar, keçirilən təlimlər barədə məlumat verilib. Sonda vətəndaşlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə müşahidə ediblər.
Görüş çərçivəsində vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb.