AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Avropa regionunda heyvan rifahı platforması üzrə ali komitəyə üzv seçilib
27-05-2024 13:54

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Paris şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasının açılış mərasimində iştirak edir.

Sessiyada ölkəmiz Avropa regionunda heyvan rifahı platforması üzrə dördüncü fəaliyyət planının həyata keçirilməsi üçün təyin olunan 5 ölkədən ibarət ali komitənin üzvlüyünə seçilib. Qeyd olunan ali komitənin üzvlüyünə seçkilər ölkədə aparılan vahid sağlamlıq tədbirləri, heyvanların rifahı sahəsində görülən işlər əsas götürülərək təyin olunur.

Hazırda dünyada “Vahid sağlamlıq” konsepsiyasının tərkib hissəsi kimi “Heyvanların rifahı” konsepsiyası tətbiq olunmaqdadır. Bu konsepsiyanın əsas məqsədi insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit kontekstində birgə əlaqəli fəaliyyətlərin həyata keçirilməsidir. Qeyd olunan fəaliyyətlər ətraf mühit, heyvanlardan insanlara yoluxan xəstəliklər, antimikrob rezisdentliyi kimi məsələləri əhatə edir. Nəzərdə tutulan tədbirlərin icrası üçün ÜHST-nin müxtəlif region ölkələrində heyvan rifahı platforması yaradılıb.

Xatırladaq ki, ÜHST-nin yaranmasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində baş tutan sessiyada 183 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva da yer alır.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır