- AQTİ ilə Avropa Qida Təhlükəsizliyi Qurumu arasında görüş keçirilib
- AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında yüksək nəticə göstərib
- AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğurlu nəticə əldə edib
- "Rosselxoznadzor" rəhbərinin müavini AQTİ laboratoriyalarının fəaliyyəti ilə tanış olub
- AQTİ işə qəbul üçün vakansiya elan edir
- Rusiya nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub
- Sahibkarlıq subyektlərinin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib
- Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru AQTİ laboratoriyalarının iş şəraiti ilə tanış olub
- AQTİ-nin Lənkəran Regional Sınaq Laboratoriyası akkreditasiyadan keçib
- Göygöl Regional Sınaq Laboratoriyası heyvan xəstəliklərinin diaqnostikası üzrə ixtisaslaşıb
- AQTİ-də ictimai iaşə müəssisələrinin əməkdaşları üçün təlim keçirilib
- Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə qida bələdçiləri tərəfindən ümumtəhsil müəssisələrində görüşlər keçirilib
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlıqlarının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Növbəti belə təlim ölkəmizdə balıq məhsullarının baytarlıq-sanitariya tələblərinə uyğun olaraq yetişdirilməsi, nümunələrin götürülməsi və laboratoriyalarda analiz olunması, xəstəliklərə görə risk analizlərinin aparılması üzrə baytar müfəttişlərinin peşəkarlığının artırılması məqsədilə Agentliklə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında mövcud əməkdaşlıq çərçivəsində Türkiyənin baytar mütəxəssisləri tərəfindən Agentliyin baytar mütəxəssislərinə keçirilib.
Təlimdə su heyvanlarının virusoloji, bakterioloji, parazitoloji və patoloji xəstəlikləri, idxal-ixrac prosedurları zamanı nümunələrin götürülməsi, laborator müayinələrin aparılması kimi mövzular iştirakçıların diqqətinə çatdırılıb və görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.