AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Baytarlıq ixtisası üzrə təhsil alan tələbə və məzunlar üçün AQTİ-də təlim-təcrübə kursu təşkil ediləcək
14-03-2024 09:53

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bazasında Lənkəran Dövlət Universitetində (LDU) baytarlıq ixtisası üzrə sonuncu kursda təhsil alan tələbələr və həmin ixtisas üzrə təhsilini son 2 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursu təşkil ediləcək. 

Məqsəd müvafiq sahə üzrə kadr potensialının artırılması, gənc, motivasiyalı və perspektivli baytarların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.

Təlim-təcrübə kursunun cari ilin aprelində başlanması və 3 ayadək davam  etməsi nəzərdə tutulur. Kurs qeyd olunan sahə üzrə yalnız nəzəri və praktiki deyil, həm də mövcud qanunvericiliklə bağlı məsələləri əhatə edəcək. İştirakçılar təlimlərlə yanaşı, İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında istehsalat təcrübəsi də keçəcəklər.

Təlim-təcrübə kursunun sonunda iştirakçıların qiymətləndirilməsi aparılacaq və müvəffəqiyyət qazananlara sertifikat veriləcək. Bundan əlavə, onlar müvafiq müsahibədən keçirilərək AQTİ-də ixtisaslarına uyğun işlə təmin olunacaqlar.

Maraqlananlar CV-lərini “AQTİ-Baytarlar üçün təlim” başlığı ilə info.qti@afsa.gov.az ünvanına göndərə bilərlər. Namizədlərlə əlaqə saxlanılacaq və ilkin müsahibə telefon vasitəsilə keçiriləcək. İlkin müsahibələr və CV-lərin təhlili nəticəsində seçilmiş şəxslər İnstituta canlı və ya onlayn müsahibəyə dəvət olunacaqlar. Yalnız bu müsahibədən keçənlər təlim-təcrübə kursunda iştirak edə biləcəklər. Namizədlərin LDU-nun tələbəsi və ya məzunu olması ilə yanaşı, motivasiyalı olmaları, ingilis və ya rus dillərini bilmələri arzuediləndir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır