- AQTİ-nin Şamaxı Regional Sınaq Laboratoriyası torpaqda ümumi üzvi karbon müayinəsi xidmətini təklif edir
- ADA Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
- Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti dəfə uğur qazanıb
- AQTİ sahibkarlıq subyektləri əməkdaşlarını maarifləndirir
- Dünya Bankının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
Növbəti təlim AQTİ-nin mütəxəssisləri tərəfindən “Paulaner Baku Beer Art” MMC-nin əməkdaşları üçün keçirilib. “HACCP - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda keçirilən təlimdə həmçinin əməkdaşlar üçün konsultasiya xidməti, eləcə də müəssisənin qida blokunda və pivə istehsalı sahəsində qiymətləndirmə həyata keçirilib.
İnstitutun peşəkar mütəxəssisləri təlimdə iştirakçılara qida obyektlərində HACCP prinsipləri üzrə müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin həyata keçirilməsi metodları barədə məlumat verib. Eləcə də onlara təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi izah olunub. Həmçinin sahibkarlıq subyektinin əməkdaşları məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumatlandırılıb.
İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçıların müvafiq sahə üzrə bilik səviyyəsi qiymətləndirilib və sertifikatlar təqdim edilib.