- AQTİ-nin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimlər davam etdirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP planının tərtib edilməsi” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün isə əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Həmçinin qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir. Təlim zamanı HACCP planının tərtib edilməsinə dair nümunələr də göstərilib. Eyni zamanda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.