- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub
- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
- Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
- AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Heyvan kəsim məntəqələrinin quruluşuna və gigiyenasına dair tələblər” mövzusunda təlim təşkil olunub.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin baytarları, həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlar iştirak ediblər.
Təlimdə heyvan kəsim məntəqələrinin, istehsalat sexlərinin, bölmələrin, köməkçi sahələrin və anbarların planlaşdırılmasından danışılıb. Həmçinin aparılan texnoloji proseslərin axınına, ardıcıllığına, baytarlıq sanitariya və gigiyenasına dair tələblər haqqında ətraflı məlumat verilib.
Təlim zamanı heyvan kəsimi məntəqələrində istifadə olunan təmizlik və dezinfeksiya avadanlıqları, kəsim məntəqələrində risklər, texnoloji prosesə əsasən kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi ilə bağlı zəruri məlumatlar diqqətə çatdırılıb. Həmçinin qeyd edilib ki, kəsim məntəqələrinə gətirilən heyvanların baytarlıq sənədlərinin olmasına xüsusi diqqət yetirilməli, ümumi daşınma zamanı hər hansı heyvan xəstələnsə və ya ölsə, digər heyvanların karantinə qoyulmasına göstəriş verilməlidir. Təlimdə kəsim məntəqələrində HACCP sisteminin tətbiqinin əhəmiyyətindən də danışılıb. Bu prosesin məqsədinin sağlam və təhlükəsiz ət istehsalı olduğu diqqətə çatdırılıb.
Təlim zamanı heyvan kəsimi fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının qanunlarından və digər hüquqi normativ sənədlərdən bəhs edilib. İştirakçılar “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsi, sahibkarların hüquqlarının aktiv müdafiəsi və yeni ödəniş qaydalarının formalaşmasının əhəmiyyəti barədə məlumatlandırılıb.
Sonda müzakirələr aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.