AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Kompleks Tədqiqatlar Laboratoriyasında gündəlik olaraq 200-dən çox müayinə həyata keçirilir
11-01-2022 14:54

 

Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının və bitki mühafizə vasitələrinin, eləcə də qida məhsulları ilə təmasda olan qablaşdırma məmulatlarının, bioloji fəallığa malik qida əlavələrinin, qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə gündəlik 200-dən çox müayinə həyata keçirilir.

Laboratoriyada olan yüksək həssaslığa malik xromatoqrafiya sistemləri və müasir spektral cihazlar bir çox mürəkkəb tərkibli maddələrin identifikasiyasını, onların miqdar təyinini həyata keçirmək imkanına malikdir.

Sınaqlar müxtəlif detektorlarla təchiz edilmiş qaz və maye xromatoqraflar, İnduktiv Qoşulmuş Plazmalı Kütlə və Optik Emission Spektrometrləri və digər müxtəlif təyinatlı spektrofotometrlər vasitəsilə həyata keçirilir.

Mövcud cihazlarla nümunə tərkibində bilinməyən toksikoloji maddələrin təyini, şüşə və plastik qablaşdırma materiallarının element və tərkib analizi, həmçinin nümunəyə təmas etmədən əsas struktur tərkibinin öyrənilməsinə imkan verən analizlər aparılır.

Laboratoriya fəaliyyətə başladığı gündən qida, qeyri–qida, eləcə də qablaşdırma məhsullarının keyfiyyət və toksikoloji müayinələri üzrə 400–dən çox yeni metod işlənib hazırlanıb. Hazırlanmış yeni metodlarla yanaşı, laboratoriyada ISO, EN, AOAC, NMKL kimi beynəlxalq metodlar geniş şəkildə tətbiq olunur.

Laboratoriyada farmakoloji və bioloji baytarlıq preparatlarının, o cümlədən yem və yem əlavələrinin keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri ölkəmizdə heyvan sağlamlığının təmin edilməsində böyük əhəmiyyət kəsb edir.

Həmçinin laboratoriyada aparılan pestisid və aqrokimyəvi maddələrin təhlükəsizlik və tərkib analizləri bitki sağlamlığının təmin edilməsində və ətraf mühitin toksiki çirklənməsinin qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır