- AQTİ-də təlimləri uğurla başa vuran sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatlar təqdim olunub
- AQTİ-də HACCP mövzusunda növbəti məlumatlandırma təlimi keçirilib
- Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyəti AQTİ-də olub
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir
- “Rosselxoznadzor“un nümayəndə heyəti AQTİ-də olub
- AQTİ-də HACCP mövzusunda növbəti məlumatlandırma təlimi keçiriləcək
- AQTİ qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkətlərin əməkdaşlarını maarifləndirir
- AQTİ qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkətlərin əməkdaşlarını maarifləndirir
- AQTİ ADAU-nun tələbə və məzunları üçün kəsim məntəqəsinə səfər təşkil edib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda növbəti təlim keçiriləcək
- AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağına start verir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasına (LRSL) gənclər üçün infotur təşkil olunub. AQTİ-nin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən infoturda həmin bölgədən olan gənclər istirak edib.
İnfotur gənclərin LRSL-in fəaliyyəti ilə yaxından tanış olması, həmçinin gələcəkdə birgə layihələrin reallaşdırılması perspektivlərinin nəzərdən keçirilməsi məqsədilə təşkil edilib. İnfotur zamanı gənclər LRSL-ə baxış keçirib və laboratoriyanın maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin onlara laboratoriya haqqında ətraflı məlumat verilib. Bildirilib ki, LRSL üç istiqamətdə fəaliyyət göstərir. Laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji və virusoloji müayinələrin aparılması, eyni zamanda heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası aparılır.
İnfotur iştirakçılarına LRSL-lə yanaşı, AQTİ-də gənclər üçün yaradılan şərait, o cümlədən işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.