- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Məktəblilərin qida bələdçiləri” layihəsi çərçivəsində iştirakçılarla növbəti görüş keçirilib. Görüşdə AQTİ mütəxəssisi tərəfindən "Təhlükəsiz qidalanmanın əsasları-nələri bilməliyik?" mövzusunda təqdimat nümayiş olunub.
Təlimdə ümumtəhsil müəssisələrində fəaliyyət göstərən heyətin idarə olunması və qida təhlükəsizliyinin təmin olunması, qida çirkləndiriciləri, zərərvericilərə qarşı mübarizə və s. kimi mövzulara yer verilib. Eyni zamanda iştirakçılar tullantıların utilizasiyası, çarpaz çirklənmənin qarşısının alınması üçün tədbirlər və qida məhsullarının təchizatı prosesi ilə nəzəri şəkildə tanış olublar.
Qeyd edək ki, "Məktəblilərin qida bələdçiləri" layihəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə keçirilir. Təlimləri uğurla başa vuran iştirakçılar fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək.