- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
- "Ulduz reytinq" layihəsi ictimai iaşə müəssisələrinə üstünlük qazandırır
- ”Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” mövzusunda məruzə dinlənilib
- AQTİ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
- “HALAL” sertifikatlaşma məhsulların etibarlı şəkildə istehlak olunmasını təmin edir
- Qida obyektlərində HACCP sisteminin tətbiqinin hansı fayda və üstünlükləri var?
- VGNKİ direktor müavini Aleksey Tretyakov AQTİ-də olub
- Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib
2020-2021-ci illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fəaliyyət göstərən laboratoriyalara daxil olan müxtəlif mənşəli nümunələrdə (qida, qeyri-qida və BFMQƏ) aparılan ağır metal qalıqlarının (qurğuşun, kadmium, civə, arsen, silisium, stronsium-90, sezium-137) analiz nəticələri qiymətləndirilib.
Nümunələr 3 kateqoriya üzrə ümumiləşdirilib və bioloji fəallığa malik qida əlavələrində ağır metalların təyini üçün 859, qida məhsulları (bəzi taxıl növləri, süd məhsulları, toyuq əti, müxtəlif növ yağlar, ədviyyatlar və s.) üzrə 374, qeyri-qida məhsulları (şüşə butulka, mantar tıxac, karton qutu kimi qida ilə təmasda olan materiallar) üzrə isə 11 nümunədə analiz həyata keçirilib.
Nümunələrdə qurğuşun, kadmium, civə, arsen, stronsium-90, sezium-137 kimi ağır metalların miqdarları təyin edilib. 1244 parametr nəticələrinə əsasən, araşdırılan bütün nümunələrdə ağır metal qalığının miqdarı normalar daxilində olub, bəzi nümunələrdə isə ümumiyyətlə, metal qalığı aşkar edilməyib.
Ağır metal qalıqlarının analizinə daimi nəzarətin təmin edilməsi istehlakçı sağlamlığı üçün olduqca zəruridir. Ümumiyyətlə, hər növ çirkləndirici üçün müvafiq risk qiymətləndirilməsinin təşkili, analizlərin davamlılığı və nəticələrin düzgün şərhi vacibdir.
Qeyd edək ki, qurğuşun, kadmium, civə, arsen kimi zəhərli metallar insan orqanizminə əsasən qida, su, qida əlavələri və digər müxtəlif ətraf mühit faktorları vasitəsilə daxil ola bilər. Onlar orqanizmdə toplana, immun sistemini zəiflədə, xəstəliyə və hətta ölümə səbəb ola bilər. Belə ki, bir sıra hallarda ürək-damar, böyrək, nevroloji və sümük xəstəlikləri ağır metal səviyyəsinin yüksək olduğu qidaların davamlı qəbulu ilə əlaqələndirilir. Bu da qida məhsullarında ağır metallarla çirklənmə səviyyəsinin daim diqqət mərkəzində saxlanılması zərurətini yaradır.