- AQTİ ilə Avropa Qida Təhlükəsizliyi Qurumu arasında görüş keçirilib
- AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında yüksək nəticə göstərib
- AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğurlu nəticə əldə edib
- "Rosselxoznadzor" rəhbərinin müavini AQTİ laboratoriyalarının fəaliyyəti ilə tanış olub
- AQTİ işə qəbul üçün vakansiya elan edir
- Rusiya nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub
- Sahibkarlıq subyektlərinin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib
- Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru AQTİ laboratoriyalarının iş şəraiti ilə tanış olub
- AQTİ-nin Lənkəran Regional Sınaq Laboratoriyası akkreditasiyadan keçib
- Göygöl Regional Sınaq Laboratoriyası heyvan xəstəliklərinin diaqnostikası üzrə ixtisaslaşıb
- AQTİ-də ictimai iaşə müəssisələrinin əməkdaşları üçün təlim keçirilib
- Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə qida bələdçiləri tərəfindən ümumtəhsil müəssisələrində görüşlər keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Laboratoriyaların müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin personalın səriştəliliyinin artırılması məqsədilə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.
2020-ci ilin yanvar-dekabr ayları ərzində AQTİ laboratoriyaları ümumilikdə 120 parametr üzrə Fransa, İngiltərə, Hollandiya, Türkiyə və Amerikanın nüfuzlu laboratoriyaları ilə səriştəlilik sınaqlarında iştirak edib. Qeyd edilən səriştəlilik sınaqları əsasən balda keyfiyyət və təhlükəsizlik göstəriciləri, ətin mənşəyi, GMO müayinələri, şərabda təhlükəsizlik və keyfiyyət göstəriciləri, quru meyvələrdə və çərəzlərdə aflatoksin müayinələri, qida məhsullarında ağır metal və digər zəhərli toksikoloji parametrlər və mikrobioloji müayinələr ilə bağlı olub. Bununla yanaşı İnstitutun heyvan sağlamığı və bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyaları təhlükəsizlik göstəriciləri üzrə İngiltərə və Rusiya ilə qarşılıqlı səriştəlilik sınaqlarında iştirak edib.
Qeyd edək ki, 100–dən çox ölkənin iştirak etdiyi səriştəlilik sınaqlarında AQTİ laboratoriyaları yüksək nəticələr əldə edib.