- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub
- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
- Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
- AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
- AQTİ qida məhsullarında “Rəf ömrünün təyini” sınaqlarını həyata keçirəcək
- AQTİ və “BelVitunifarm” ASC arasında ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə imzalanıb
5 oktyabr 2022-ci il tarixində saat 12:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
Budəfəki buraxılışda qida məhsullarının saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinə dair tələblər izləyicilərin diqqətinə çatdırılacaq.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin Sahibkarlara xidmət departamentinin əməkdaşı Mütəllim Abdullazadəyə ünvanlaya bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.