- “Təlim saatı”nda bioloji aktiv qida məhsulları və onların dərman preparatlarından fərqi barədə danışılacaq
- “Təlim saatı”nda bioloji aktiv qida məhsulları və onların dərman preparatlarından fərqi barədə danışılacaq
- AQTİ hüquq istiqaməti üzrə vakant yerlərə işçi qəbulu elan edir
- AQTİ hüquq istiqaməti üzrə vakant yerlərə işçi qəbulu elan edir
- “Peşəkarlarla görüş”də pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydalarından danışılıb
- “Peşəkarlarla görüş”də pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydalarından danışılıb
- Mərkəzi Fitosanitar Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
- Mərkəzi Fitosanitar Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
- “HACCP planının tərtib edilməsi” mövzusunda təlim keçirilib
- “HACCP planının tərtib edilməsi” mövzusunda təlim keçirilib
- Milli Referens Laboratoriyası taxıl məhsullarında polyar pestisidlərin qalıq miqdarının təyini üzrə yüksək nəticə əldə edib
- Milli Referens Laboratoriyası taxıl məhsullarında polyar pestisidlərin qalıq miqdarının təyini üzrə yüksək nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahə ilə bağlı sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Azərsun Holdinq”in əməkdaşları üçün “Qida məhsullarının saxlanması və daşınması” mövzusunda təşkil olunub.
Təlim zamanı qida məhsullarının saxlanması və daşınması zamanı icra edilməli olan təhlükəsizlik tələbləri haqqında ətraflı məlumat verilib. Həmçinin proses çərçivəsində baş verə biləcək risk və təhlükələrdən, çirklənmələrdən danışılıb. Eyni zamanda, çirklənmələrin qarşısının alınması üçün həyata keçirilməli olan önləyici tədbirlərdən bəhs edilib. İştirakçılar qida məhsullarının daşınması və saxlanması üçün tələb olunan sanitar-texniki və sanitar-gigiyenik qaydalar haqqında da məlumatlandırılıb.
Təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.