- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
Dünyanın kartof yetişdirilən bir çox bölgəsində mövcud olan qızılı kartof nematodu kartofun ən əsas zərərvericisi hesab edilir. Bu zərərverici Avropa Birliyi tərəfindən kartof xəstəlikləri və zərərvericiləri üzrə qaydalar dərc edilən və ciddi şəkildə nəzarət altında olan beş zərərli orqanizmdən biridir. Bu zərərverici həm mülayim iqlim qurşağında yerləşən ölkələrdə, həm də tropik ölkələrin nisbətən mülayim iqlimli bölgələrində əsasən kartof bitkisi ilə yayılan zərərvericidir.
Qızılı kartof nematodunun yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsiziliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlilləri həyata keçirilib. Risk təhlili ölkədaxili və beynəlxalq ticarətdə karantin qaydalarına uyğun olaraq, zərərvericidən azad əkin materialından istifadə edilmiş kök yumruları məhsuldar sahələrə köçürülən andan bitkinin vegetasiyasının sonuna qədər nəticələr təhlil edilib. Həmçinin mütəxəssislər tərəfindən Bərdə, Gəncə, Tovuz, Şəmkir rayonlarında təsərrüfatlardan toxumluq və əkin üçün nəzərdə tutulan kartoflardan nümunələr götürülərək analizlərin aparılması üçün laboratoriyaya təqdim olunub. Analizlər nəticəsində qızılı kartof nematodu aşkar edilməyib.
Nematodun ölkəyə daxil olmasında ən çox ehtimal yolları idxal olunan toxumluq kartoflardakı sistalar, əkin materialı, torpaq, çiçək bitkilərinin soğanaqları, ərzaqlıq və emal məqsədilə gətirilən kartof bitkisi vasitəsilə daşına bilir. Bununla bağlı olaraq müvafiq nəzarət tədbirləri həyata keçirilməkdədir. İqlim şəraitindən asılı olaraq, ildə 1-2 nəsil verə bilən bu zərərvericinin sistaları, əkin materialları, kök yumruları və soğanaqlarda olan torpaqla, həmçinin, yağış suları və küləklə yayılır. İnkişaf üçün optimal temperatur 15-20° C, nisbi rütubət isə 70%-dir. Bu şəraitdə bir nəsil 38-48 günə inkişaf edir.
Hazırda AQTİ mütəxəssisləri tərəfindən təsərrüfatlarda mütəmadi olaraq monitorinqlər həyata keçirilir və sahibkarlıq subyektlərinə lazımi metodiki dəstək göstərilir.