- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərə cəlb olunur.
Növbəti belə təlim heyvan kəsim məntəqələrində baytarlıq-sanitariya ekspertizası işinin təkmilləşdirilməsi və kadr potensialının peşəkarlığının artırılması məqsədilə AQTİ-nin “Analitik Ekspertiza Mərkəzi” departamentinin peşəkar mütəxəssisləri tərəfindən baytar həkimlər və texniklərə keçirilib. Təlim “Quşlarda quş qripi və nyukasl xəstəliyinin diaqnostikası, ət və süd məhsullarının sanitar qiymətləndirilməsi və kəsim məntəqələrində baytarlıq sanitariya ekspertizası işinin aparılması zamanı nümunənin götürülməsi, saxlanması və göndərilməsi” proseduruna həsr edilib. İştirakçılara heyvan kəsim məntəqəsinə gətirilən quşların yüksək patogenli quş qripinə görə kliniki müayinəsi, kəsildikdən sonra daxili orqanlarında baş verən dəyişiklikləri və digər xəstəliklərdən diferensiasiya edilməsi və onların sanitar qiymətləndirilməsi haqqında geniş məlumat verilib.
Sonda mütəxəssislər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.