- “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda növbəti təlim keçirilib
- “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda növbəti təlim keçirilib
- AQTA-nın “Sağlam məktəbli” layihəsi uğurla yekunlaşıb
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
3-4 mart 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Azərbaycanda quş qripi xəstəliyinə qarşı sahə simulyasiyası təlimi” keçirilib. Təlimdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəznində fəaliyyət göstərən laboratoriyalar da iştirak edib.
Simulyasiya təlimində Yerli Böhran Mərkəzinin nümayəndələri xəstəlik törədicisinin mümkün yoluxma yollarını müəyyənləşdirmək məqsədilə dəqiqliklə epizotoloji təhlil aparıb, ehtimal olunan ocağın sərhədlərini, qeyri-sağlam məntəqəni və təhlükəli zonanı müəyyən ediblər. Epidemioloji araşdırmanın nəticəsinə əsaslanaraq, potensial əlaqəli müəssisələrə rəsmi nəzarətin təşkil edilməsinə dair göstəriş verilib və təsərrüfatlarda yüksək patogen quş qripinin mövcudluğunu müəyyən etmək məqsədilə lazımi araşdırmalar aparılıb. Yüksək patogen quş qripi xəstəliyinin müəyyən edilməsi işlərindən dərhal sonra həmin müəssisənin ətrafında mühafizə və müşahidə ərazisi müəyyənləşdirilib, eyni zamanda yoluxma zonasında toplama, məhvetmə və dezinfeksiya işləri həyata keçirilib. Yoluxma zonasından patoloji materiallar (ölmüş quş, yaxma və s.) götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun biotəhlükəsizlik səhra laboratoriyasında PZR üsulu ilə xəstəliyin diaqnostikası həyata keçirilib. Analizlərin nəticələri ilə bağlı Yerli Böhran Mərkəzi və Respublika Böhran Mərkəzi məlumatlandırılıb.
Qeyd edək ki, simulyasiya təliminin keçirilməsində məqsəd xəstəliyin erkən aşkarlanması, vaxtında zəruri tədbirlərin həyata keçirilməsi, quşlarda yüksək patogen quş qripi xəstəliyi ilə bağlı şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması və bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılmasıdır.