- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbərinin müavini Anton Karmazin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların iş şəraiti ilə tanış olub.
İlk növbədə qonağa AQTİ-nin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qida təhlükəsizliyi sisteminə daxil olan mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılıb, müasir tələblərə cavab verən yeni laboratoriyalar yaradılıb. Laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya fəaliyyət göstərir.
Görüşdə fitosanitar nəzarət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivi ilə bağlı müzakirələr aparılıb. Rusiyalı nümayəndə heyəti AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prinsipi ilə yaxından tanış olub. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də maddi-texniki bazası barədə ətraflı məlumat verilib.
"Rosselxoznadzor" rəhbərinin müavini Anton Karmazin laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində AQTİ tərəfindən aparılan işləri yüksək dəyərləndirib.