- “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda növbəti təlim keçirilib
- “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda növbəti təlim keçirilib
- AQTA-nın “Sağlam məktəbli” layihəsi uğurla yekunlaşıb
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndə heyətilə görüş keçirilib. Görüşün əsas məqsədi qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olub.
Görüşdə Rusiya nümayəndə heyətinə AQTİ-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, ölkələrimiz arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində uğurlu əməkdaşlıq əlaqələrinın qurulmasından, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən bəhs olunub. Bundan başqa, AQTİ-nin nəzdindəki laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası və beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verilib.
Qonaqlar iş prinsipini öyrənmək və müayinə metodları ilə tanışlıq məqsədilə AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış da keçiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Səmimi görüşə görə təşəkkür edən Rusiya nümayəndə heyətinin üzvləri qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndə heyəti iyunun 20-də Azərbaycana səfərə gəlib. Rusiyalı mütəxəssislərin səfəri iyunun 24-ə kimi davam edəcək.