- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Rusiya Federasiyasının “Respublika Fumiqasiya Təşkilatı” federal dövlət müəssisəsi rəhbərinin müavini Tamara Astarxanova Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Görüşdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində həyata keçirilən səmərəli əməkdaşlıqdan bəhs edilib, xüsusilə də laborator təcrübə üzrə bilik və bacarıqların inkişafı üçün müntəzəm şəkildə birgə tədbirlərin təşkilindən məmnunluq ifadə olunub.
Qonağa AQTİ-nin fəaliyyət istiqamətləri və İnstitutun nəzdindəki laboratoriyalar barədə ətraflı məlumat verilib, həm paytaxtda, həm də regionlardakı laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb.
Daha sonra “Respublika Fumiqasiya Təşkilatı” federal dövlət müəssisəsi rəhbərinin müavini Tamara Astarxanova Milli Referens və Kompleks Tədqiqatlar laboratoriyalarında olub. T. Astarxanova qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə aparılan laborator müayinə üsulları, ölçmə vasitə və avadanlıqları ilə yaxından tanış olub, fikir mübadiləsi aparıb.
Görüşdə T. Astarxanova ölçmə, müşahidə və təhlillərin nəticələrinin etibarlılığına, dəqiqliyinə nail olunmasına dair öz bilik və təcrübəsini laboratoriya əməkdaşları ilə bölüşüb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.