- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşları üçün nəzəri-praktiki təlimləri davam etdirir. AQTİ mütəxəssisləri tərəfindən keçirilən növbəti təlim “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusuna həsr olunub.
Təlim iştirakçılarına HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və üstünlükləri haqda geniş məlumat verilib.
Qeyd edilib ki, HACCP qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistem qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün mümkün təhlükə və risklərin qiymətləndirilib nəzarətə götürülməsini hədəfləyir, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilir.
Daha sonra iştirakçılara “ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi: Qida zəncirində iştirak edən müəssisələr üçün ümumi tələblər” və “ISO 22000 Standartının üstünlükləri, HACCP sistemi ilə ISO 22000:2018 arasındakı əlaqə” mövzuları ətraflı izah olunub.
İştirakçıların suallarının cavablandırılması ilə davam edən təlimin sonunda onlara sertifikatlar təqdim edilib.