- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) "Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi" mövzusunda növbəti təlimləri Şəki və Bərdədə keçirilib.
Şəkidə təşkil olunan təlimdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları üzrə, Bərdədə keçirilən tədbirdə isə Ağdam, Ağdaş, Bərdə, Mingəçevir, Tərtər və Yevlax şəhərlərinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, mütəxəssisləri, Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müafiq regional bölmələrinin əməkdaşları iştirak ediblər. Bildirilib ki, təlimlərin keçirilməsində məqsəd AQTA-nın məktəbəqədər təhsil müəssisələrində monitorinqləri zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması, bu müəssisələrin əməkdaşlarına qida təhlükəsizliyi sahəsində mövcud yeniliklərin aşılanmasıdır. Tədbirdə iştirakçılara məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin olunması, bu sahədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, sanitar gigiyenik normalar, mal qonşuluğu prinsipi, baş verə biləcək təhlükələrdən sığortalanmaq üçün profilaktik tədbirlərin təşkili və buna nəzarət mexanizminin yaradılması, müəssisədaxili qabaqcıl gigiyena təcrübələri və s. mövzularda məlumatlar verilib.
Sonda tədbir iştirakçılarının sualları AQTA-nın regional bölmələrinin və AQTİ-nin mütəxəssisləri tərəfindən cavablandırılıb.