AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Şərq meyvəyeyəninin Azərbaycan ərazisi üçün daşıdığı risk təhlili aparılıb
13-01-2021 15:43

Ölkəmizdə karantin tətbiq edilən zərərli orqanizmlər üzrə risklərin idarəedilməsi məqsədilə  karantin tətbiq edilən zərərli orqanizmlərin elmi risk təhlili davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsi tərəfindən daxili karantin obyekti olan Şərq meyvəyeyəni (Grapholita molesta, Busck, 1916) xəstəliyinin elmi risk qiymətləndirilməsi aparılıb.

Sənəddə Şərq meyvəyeyəni zərərvericisinin bərk və yumşaq çəyirdəkli meyvə bitkiləri becərilən 47 ölkədə meyvə ağaclarının təhlükəli zərərvericisi olduğu, Azərbaycanda ilk dəfə 1965-ci ildə Xaçmaz rayonunda şaftalı ağaclarında aşkar edildiyi qeyd olunur.

Aparılan hesablamalara görə şərq meyvəyeyəninin tırtılları heyva və ərik ağaclarına 45-50%, tezyetişən şaftalı sortlarına 28-36%, gecyetişən şaftalı sortlarına 50-60% və bəzi hallarda isə heyva ağaclarına 80-90% zərər verir.

Risk qiymətləndirilməsi sənədində şərq meyvəyeyəninin vurduğu ziyanın tinglərdə və cavan ağaclarda daha çox nəzərə çarpdığı, zərərvericinin şaftalı, xüsusən də gecyetişən şaftalı sortları, nektarin ağaclarını daha çox zədələdiyi, zədələnmiş zoğların uc hissəsinin quruduğu öz əksini tapıb. Qeyd olunur ki, belə zədəli zoğlar çox olduqda ağaclar həddindən artıq kollanır, sürfənin meyvəni tərk etdiyi dəliyin və onun ətrafı qətranla örtülür. Zədələnmiş meyvələrdə tamlığı pozulmuş toxumalarda ikincili infeksiyaların (xüsusən də göbələk mənşəli) səbəb olduğu  xəstəliklərin inkişafı üçün əlverişli şərait yaranır. Zərərvericinin sürfəsinin meyvəni bu şəkildə zədələməsi onun əmtəəlik keyfiyyətinin aşağı düşməsinə və məhsul itkisinə səbəb olur.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır