- “Təlim saatı”nda bioloji aktiv qida məhsulları və onların dərman preparatlarından fərqi barədə danışılacaq
- “Təlim saatı”nda bioloji aktiv qida məhsulları və onların dərman preparatlarından fərqi barədə danışılacaq
- AQTİ hüquq istiqaməti üzrə vakant yerlərə işçi qəbulu elan edir
- AQTİ hüquq istiqaməti üzrə vakant yerlərə işçi qəbulu elan edir
- “Peşəkarlarla görüş”də pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydalarından danışılıb
- “Peşəkarlarla görüş”də pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydalarından danışılıb
- Mərkəzi Fitosanitar Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
- Mərkəzi Fitosanitar Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
- “HACCP planının tərtib edilməsi” mövzusunda təlim keçirilib
- “HACCP planının tərtib edilməsi” mövzusunda təlim keçirilib
- Milli Referens Laboratoriyası taxıl məhsullarında polyar pestisidlərin qalıq miqdarının təyini üzrə yüksək nəticə əldə edib
- Milli Referens Laboratoriyası taxıl məhsullarında polyar pestisidlərin qalıq miqdarının təyini üzrə yüksək nəticə əldə edib
6 aprel 2022-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
Budəfəki buraxılışda soyuducu anbarlara dair texniki tələblər və sanitar-gigiyenik normalar haqqında zəruri məlumatlar izləyicilərin diqqətinə çatdırılacaq.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin Keyfiyyətə nəzarət departamentinin mütəxəssisi Emin Əfəndibəyliyə ünvanlaya bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.