- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
- "Ulduz reytinq" layihəsi ictimai iaşə müəssisələrinə üstünlük qazandırır
- ”Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” mövzusunda məruzə dinlənilib
- AQTİ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
- “HALAL” sertifikatlaşma məhsulların etibarlı şəkildə istehlak olunmasını təmin edir
- Qida obyektlərində HACCP sisteminin tətbiqinin hansı fayda və üstünlükləri var?
- VGNKİ direktor müavini Aleksey Tretyakov AQTİ-də olub
- Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib
- AQTİ-nin Şamaxı Regional Sınaq Laboratoriyası torpaqda ümumi üzvi karbon müayinəsi xidmətini təklif edir
14 iyun 2023-cü il tarixində saat 11:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsini, eyni zamanda bu sahədə elmi bazanın təkmilləşdirilməsini və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
Budəfəki buraxılışda qida tullantılarının idarəedilməsi haqqında məlumat veriləcək.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sahibkarlara xidmət departamentinin mütəxəssisi Tural Aslanova ünvanlaya bilərsiniz.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.