- AQTİ-nin daha bir laboratoriyası səriştəlilik sınağından uğurla keçib
- AQTİ laboratoriyaları bruselyoz xəstəliyinə qarşı keçirilən seroloji monitorinqlərdə iştirak edəcək
- AQTİ və UNICEF arasında görüş keçirilib
- Qida Təhlükəsizliyi İnstitutu və Avropa Qida Təhlükəsizliyi Qurumunun nümayəndələri arasında görüş keçirilib
- Tibb Universitetinin tələbələri AQTİ-də istehsalat təcrübəsi keçəcək
- AQTİ mütəxəssisləri ASK üzvlərinə təlim keçib
- AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyası akkreditasiyadan keçib
- AQTİ mütəxəssisləri ASK üzvlərinə təlim keçəcək
- AQTİ-də Təlim Mərkəzi fəaliyyətə başlayır
- Baytar mütəxəssislər təlimlərə cəlb edilib
- Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair yeni norma və qaydalar hazırlanıb
- AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə layihələndirmə xidmətləri təklif edir
Bacarıqlı və potensiallı kadrların seçilərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və onun tabeliyində fəaliyyət göstərən laboratoriyalarda işə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə AQTİ-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş keçirilib.
Görüş zamanı AQTİ-nin bir sıra departament rəhbərləri ölkəmizdə yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, qurumun fəaliyyəti və təcrübə keçəcək tələbələrə görəcəyi işlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, təcrübə müddətində onlara nəzəri biliklərini əyani şəkildə tətbiq etmək üçün geniş imkanlar yaradılacaq. Bununla yanaşı, tələbələrin təcrübə proqramına cəlb edilmələrinin onların peşəkar kadr kimi yetişmələrində mühüm rol oynayacağı vurğulanıb.
Görüşdə tələbələrin peşəkar kadr kimi yetişmələrində köməklik göstərmək məqsədilə Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbələrinin 3 ay müddətində AQTİ-nin struktur bölmələrində istehsalat təcrübəsi keçmələri qərara alınıb.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.