- AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında yüksək nəticə göstərib
- AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğurlu nəticə əldə edib
- "Rosselxoznadzor" rəhbərinin müavini AQTİ laboratoriyalarının fəaliyyəti ilə tanış olub
- AQTİ işə qəbul üçün vakansiya elan edir
- Rusiya nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub
- Sahibkarlıq subyektlərinin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib
- Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru AQTİ laboratoriyalarının iş şəraiti ilə tanış olub
- AQTİ-nin Lənkəran Regional Sınaq Laboratoriyası akkreditasiyadan keçib
- Göygöl Regional Sınaq Laboratoriyası heyvan xəstəliklərinin diaqnostikası üzrə ixtisaslaşıb
- AQTİ-də ictimai iaşə müəssisələrinin əməkdaşları üçün təlim keçirilib
- Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə qida bələdçiləri tərəfindən ümumtəhsil müəssisələrində görüşlər keçirilib
- Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların mütəxəssislərinin peşəkarlıq və səriştəlilik səviyyəsinin artırılması əsas prioritet sahələrdəndir. Hazırda bu istiqamətdə istər nəzəri tədqiqatların, istərsə də praktik fəaliyyətin gücləndirilməsi məqsədilə xarici ölkə laboratoriyaları, beynəlxalq təşkilatlarla əməkdaşlıq mütəmadi olaraq davam etdirilir.
Mütəxəssislərin peşəkarlığının beynəlxalq standartların tələbinə uyğunlaşdırılması məqsədilə türkiyəli mütəxəssislərlə qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində Türkiyənin “Letgen Biotechnology” şirkətinin rəhbəri Fahrettin Özcan növbəti dəfə AQTİ laboratoriyalarının əməkdaşlarına təlim keçib. Türkiyəli mütəxəssis dünyada mövcud olan beynəlxalq standartların tələbinə uyğun olaraq qida təhlükəsizliyi sahəsində laboratoriya sistemində yeniliklərin öyrənilməsi və tətbiq edilməsinin zəruriliyindən bəhs edib. Bildirib ki, bitki sağlamlığı sahəsində laborator müayinə metodları arasında real zamanlı PZR üsulu yüksək dəqiqliyi və operativliyi təmin etmək baxımından olduqca effektivdir. Xüsusən də pomidor bitkisinin qonur qırışıqlıq virusunun real zamanlı PZR ilə təyininin daha mütərəqqi üsul olduğunu diqqətə çatdırıb.
Daha sonra təlim iştirakçılarına real zamanlı PZR metodunun üstünlükləri, tətbiqi, eləcə də analizlərin “Letgen Biotechnology” şirkətinə məxsus kit dəstləri ilə təyini üzrə geniş təqdimat keçirilib. İnteraktiv müzakirələrlə davam edən təlimdə F. Özcan AQTİ laboratoriyalarının mütəxəssislərinin suallarını cavablandırıb, bitkiçilik və bitki mühafizəsi üzrə təcrübəsini bölüşüb.