- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
İşə qəbulla bağlı 2022-ci il noyabrın 26-da saat 10:00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz regional bölməsinin inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Rauf Babayev 7) namizədlərlə görüşün keçirilməsi nəzərdə tutulur.
Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarında yaşayan qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, zootexniklik, bitki mühafizəsi, tibbi profilaktika, kimya, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış şəxslər AQTA-nın mütəxəssislərinin iştirakı ilə keçiriləcək görüşə qatıla bilərlər.
Görüşdə iştirak edəcək namizədlərdən özləri barədə məlumatların əks olunduğu anket formasını (CV) gətirmək xahiş edilir.