- AQTİ və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
- AQTİ ilə Ukraynanın Baytarlıq Preparatları və Yem Əlavələrinə Nəzarət Elmi Tədqiqat İnstitutu arasında memorandum imzalanıb
- AQTİ ilə Litvanın müvafiq qurumu arasında əməkdaşlığa dair sənəd imzalanıb
- Qida Təhlükəsizliyi İnstitutu ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb
- AQTİ ilə Belarusun Eksperimental Baytarlıq İnstitutu Respublika Elmi-Tədqiqat Unitar Müəssisəsi arasında anlaşma memorandumu imzalanıb
- AQTİ ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
- Qida Təhlükəsizliyi İnstitutu ilə Bilik Fondu Arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
İnstitutun İdarə Heyətinin sədri Sadiq Məmmədov və Universitetin rektoru Mustafa Babanlı tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan pedaqoji, elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması kimi məsələlər öz əksini tapıb.
Anlaşma memorandumuna əsasən, AQTİ və ADNSU arasında laboratoriyalararası qarşılıqlı sınaqların aparılması və laboratoriya idarəetmə standartları üzrə birgə təlimlərin təşkili həyata keçiriləcək. Həmçinin tərəflər arasında imzalanan memoranduma əsasən, tələbə və mütəxəssislərdə mikrobiologiya, kimya, toksikologiya və digər müvafiq sahələrə marağın yaradılması və beynəlxalq standartlara cavab verən laboratoriyalarda işləmək bacarıqlarının təkmilləşdirilməsi məqsədilə İnstitutun fəaliyyətinin tanıdılması istiqamətində işlər görüləcək. Əməkdaşlıq çərçivəsində Universitetin bakalavr, magistr və doktorantura tələbələri AQTİ-nin elmi-tədqiqat işləri, təcrübə və könüllülük proqramlarına cəlb olunacaq.