AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Elektron sənəd dövriyyəsi, kadrların idarəedilməsi və vətəndaş qəbulu” proqram təminatının modullarının təkmilləşdirilməsi, xətaların aradan qaldırılması və 1 illik texniki dəstək xidmətinin satın alınması
  • Əsas səhifə
  • Açıq tender
  • “Elektron sənəd dövriyyəsi, kadrların idarəedilməsi və vətəndaş qəbulu” proqram təminatının modullarının təkmilləşdirilməsi, xətaların aradan qaldırılması və 1 illik texniki dəstək xidmətinin satın alınması
22-10-2021 10:25

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs AQTA və tabeli qurumların istifadəsində olan “Elektron sənəd dövriyyəsi, kadrların idarəedilməsi və vətəndaş qəbulu” proqram təminatının modullarının təkmilləşdirilməsi, xətaların aradan qaldırılması və 1 illik texniki dəstək xidmətinin satın alınması AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və AQTA və tabeli qurumların istifadəsində olan “Elektron sənəd dövriyyəsi, kadrların idarəedilməsi və vətəndaş qəbulu” proqram təminatının modullarının təkmilləşdirilməsi, xətaların aradan qaldırılması və 1 illik texniki dəstək xidmətinin satın alınması üzrə açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 150 (bir yüz əlli) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs
VÖEN - 1005379691
“Kapital Bank” ASC-nin Mərkəz filialı
VÖEN - 9900003611
H/h - AZ71AIIB38090019440419396102
M/h - AZ37NABZ01350100000000001944
Kod - 200026
SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddaiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmaları barədə müvafiq sənəd;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 noyabr 2021-ci il saat 15:00-a və tender təklifi ilə bank təminatını isə 25 noyabr 2021-ci il saat 15:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 26 noyabr 2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır