- Havalandırma, soyutma və istilik sistemlərinə texniki baxış və təmir xidmətlərinin satın alınması
- UPS və generatorlara texniki baxış və təmir xidmətlərinin satın alınmas
- Beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı xidmətlərinin satın alınması
- İnzibati binalarda cari təmir işlərinin satın alınması
- Pikap tipli avtomobillərin satın alınması
- Laborator avadanlıqların satın alınması
- Laboratoriyalar üçün reaktiv, dəst, standartlar, ləvazimatlar və s. satın alınması
- Laboratoriyalar üçün reagent, reaktiv, ləvazimatların, diaqnostik dəstlərin və s. satın alınması
- AQTİ-də və struktur bölmələrində olan şəbəkə, server, kompüter avadanlıqları və proqram təminatları üçün lisenziyaların satın alınması
- Xırdabuynuzlu və iribuynuzlu heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması
- AQTİ baytar həkimlərinin yoxlamaları həyata keçirən zaman istifadə etdikləri mobil qurğuların internet paketi ilə təmin edilməsi və avtomobillərə GPS avadanlıqlarının quraşdırılması və aylıq xidmətlərinin satın alınması
- “afsi.gov.az veb saytının yenidən qurulması, modulların hazırlanması və bir illik texniki dəstək” xidmətinin satın alınması
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs "Qırmızı Körpü" QTNM üçün mal materialların satın alınması üzrə AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və "Qırmızı Körpü" QTNM üçün mal materialların satın alınması üzrə açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 350 (üç yüz əlli) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs
VÖEN - 1005379691
“Kapital Bank” ASC-nin Mərkəz filialı
VÖEN - 9900003611
H/h - AZ71AIIB38090019440419396102
M/h - AZ37NABZ01350100000000001944
Kod - 200026
SWIFTBIK. AIIBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin ümumi qiymətinin 1% -i məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Elandan sonrakı tarixə alınmış, vergi orqanları və ya notarial qaydada təsdiq edilmiş sənəd skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (Elandan sonrakı tarixə alınmış, vergi orqanları və ya notarial qaydada təsdiq edilmiş sənəd skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Elandan sonrakı tarixə alınmış, vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında müvafiq bank tərəfindən təsdiq edilmiş arayışın (və ya digər təsdiqedici sənədin) orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olması məhkəmə qaydasında qadağan edilməməsi (İddiaçını təmsil edən səlahiyyətli şəxsin məhkumluğunun olmamasını təsdiq edən sənədin (elandan sonrakı tarixə) (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və ya ASAN Xidmət tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti (notariusun möhür və imzası olan səhifə də daxil olmaqla), həmçinin müvafiq bank tərəfindən təsdiq edilmiş və ya iddiaçının rəsmi blankında imzalanmış, möhürlənmiş məlumat skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
- iddaiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmaları barədə müvafiq sənəd (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən sənədin (cari tarixə qüvvədə olan) orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
- iddiaçının rəhbərinin vəzifəyə təyin olunmasını təsdiq edən sənəd (Sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
- son 2 ildə analoji malların təchizatı sahəsində uğurla yerinə yetirilmiş və ya davam edən müqavilələrinin sayı 2 və daha çox olmalıdır (Müqavilələrin surətləri təqdim edilməlidir.)
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 22 sentyabr 2023-cü il saat 15:00-a və tender təklifi ilə bank təminatını isə 02 oktyabr 2023-cü il saat 15:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 03 oktyabr 2023-cü il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.