AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Texniki qazların satın alınması
30-10-2023 17:00

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs texniki qazların satın alınması üzrə AÇIQ TENDER ELAN EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və texniki qazların satın alınması üzrə açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: 350 (üç yüz əlli) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs

VÖEN - 1005379691

“Kapital Bank” ASC-nin Mərkəz filialı

VÖEN - 9900003611

H/h - AZ71AIIB38090019440419396102

M/h - AZ37NABZ01350100000000001944

Kod - 200026

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

  • tender təklifi (təkliflərin açıldığı tarixdən sonra  azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifinin ümumi qiymətinin 1%-i məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması ddiaçının rəhbərinin vəzifəyə təyin olunmasını təsdiq edən sənəd);
  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (Elandan sonrakı tarixə alınmış, vergi orqanları və ya notarial qaydada təsdiq edilmiş sənəd);
  • satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olması məhkəmə qaydasında qadağan edilməməsi (İddiaçını təmsil edən səlahiyyətli şəxsin məhkumluğunun olmamasını təsdiq edən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  və ya ASAN Xidmət tərəfindən elandan sonrakı tarixə təqdim edilmiş arayış);
  • iddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmaları barədə müvafiq sənəd (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən sənədin (cari tarixə qüvvədə olan) orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi orqanları və ya notarial qaydada təsdiq edilmiş);
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti (notariusun möhür və imzası olan səhifə də daxil olmaqla), həmçinin müvafiq bank tərəfindən təsdiq edilmiş və ya iddiaçının rəsmi blankında imzalanmış, möhürlənmiş məlumat skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında müvafiq bank tərəfindən təsdiq edilmiş arayışın (və ya digər təsdiqedici sənədin) orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);
  • texniki qazların təchizatı sahəsində təcrübə (son 2 ildə uğurla yerinə yetirilmiş və ya davam edən müqavilələrinin sayı 2 və daha çox olmalıdır);
  • texniki dəqiqliyin müəyyənləşdirilməsi, həmçinin texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq, qazın tərkibinin, o cümlədən qaz balonlarının akkreditasiyalı və AZS ISO IEC 17025-2020 standartı olan laboratoriya tərəfindən sınaq nəticələrinin, o cümlədən, ultrasəs müayinəsi (UT) və maqnetik hissəciklərlə yoxlamasının (MPI) mövcudluğu – (Müvafiq sənədlərin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
  • hər bir texniki qazın keyfiyyət, uyğunluq, mənşə və s. sertifikatları (Sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 22 noyabr 2023-cü il saat 15:00-a və tender təklifi ilə bank təminatını isə 30 noyabr 2023-cü il saat 15:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 01 dekabr 2023-cü il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

Tender komissiyası

 

 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır