AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Media xidmətlərinin satın alınması
18-02-2021 11:21

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs

Media xidmətlərinin satın alınması üçün KOTİROVKA SORĞUSU elan edir. Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər: 

- Nizamnamənin surəti

- Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

- Kommersiya hüquqi şəxsin rekvizitləri

- Media xidmətlərinin göstərilməsi sahəsində fəaliyyəti barədə məlumat

QEYD: Satınalma müqaviləsinin icrası üçün qalib təşkilatdan müqavilə məbləğinin 2 (iki) faizi həcmində icra təminatı tələb olunacaqdır.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər qapalı zərfdə, imzalanıb və möhürlənərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 73C ünvanına, 22.02.2021-ci il 15:00 tarixinədək təqdim olunmalıdır.

Maraqlanan təşkilatlar (012) 3770020 (daxili 504) nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır