Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 17 laboratoriya fəaliyyət göstərir. Bunlardan Bakıda Mərkəzi Baytarlıq Laboratoriyası olmaqla, 7-si regionlarda olmaqla ümumilikdə 8 laboratoriya heyvan sağlamlığı istiqamətində heyvan xəstəliklərinin diaqnostikası üzrə sınaqları həyata keçirir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzi Departamentinin Göygöl Regional Sınaq Laboratoriyasının əsas fəaliyyət istiqaməti heyvan xəstəliklərinin diaqnostikasıdır.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratroiyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.
Ətraflı