Под Азербайджанским институтом безопасности продуктов питания действует 19 лабораторий, играющих важную роль в обеспечении безопасности продуктов питания, здоровья животных, защиты растений и карантинного контроля в стране.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərərək ölkədə istehsal olunan, eləcə də idxal-ixrac edilən qida məhsullarında və suda təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinəsinin həyata keçirilməsi istiqamətində ixtisaslaşıb.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, kimyəvi-toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO və mənşə təyini üzrə müayinələri həyata keçirilir. Laboratoriyanın nəzdində həmçinin səyyar tipli qida laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya xüsusi dövlət tədbirləri və kütləvi zəhərlənmə hallarında dərhal müayinənin aparılması üçün hazırlanıb.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Abşeron Regional Sınaq Laboratoriyasının fəaliyyəti ölkədə istehsal edilən, idxal və ixrac olunan, eləcə də daxili bazarda satılan məhsulların keyfiyyətinin normativ texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlamaqdan və nəticələri təsdiq edən sənədlərin verilməsini müəyyən olunmuş qaydada həyata keçirməkdən ibarətdir. Laboratoriya fəaliyyətində akkreditasiya sahəsinə uyğun beynəlxalq və yerli metodlardan istifadə etməklə, təqdim olunan məhsulu fiziki-kimyəvi, mikrobioloji və toksikoloji sınaqlar aparmaqla sınaq protokolları ilə rəsmiləşdirir.
Ətraflı