- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə təşkil olunan maarifləndirmə tədbirləri çərçivəsində məktəblilərin qida bələdçiləri Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 16 ümumtəhsil müəssisəsində görüşlər təşkil edib. Görüşlər qida təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması və bu mövzuda hazırlanmış çap materiallarının təhsilalanlara paylanılması məqsədi daşıyıb.
Görüşlərdə “Qida məhsullarının etiket qaydaları”, “Uşaqların sağlam qidalanma vərdişləri”, “Qida zəncirinin mərhələləri” və “Meyvələrin söhbəti” mövzularında hazırlanmış maarifləndirici videoçarxlar məktəblilərə nümayiş etdirilib. Qida təhlükəsizliyi məfhumu haqqında ətraflı məlumatlandırılan şagirdlərə bildirilib ki, bu anlayış qida məhsulunun yetişdirilmə, yığım, emal, paketləmə, saxlanma, daşınma, paylanma, satış və istehlak mərhələlərində insan sağlamlığına zərərli ola biləcək hər növ amildən qorunması üçün planlaşdırılmış əməliyyatlardan ibarət bir sistemi ehtiva edir. Eyni zamanda onlara etiket məlumatları, sağlam qidalanma vərdişlərininin vacibliyi, qida zəncirinin mərhələləri və bu mərhələlərdə fəaliyyət göstərən hər bir fərdin üzərinə düşən vəzifələr ətraflı izah edilib.
Daha sonra məktəblilərin qida bələdçiləri tərəfindən təhsilalanlara “5 addımda qida təhlükəsizliyi”, “Konservləşdirilmiş qidalar”, “Bakteriya mənşəli qida zəhərlənmələri”, “Qida məhsullarının etiket məlumatları” mövzularında broşürlər paylanılıb.
Görüşlər məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.