- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub
- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
- Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
- AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə heyvan sağlamlığı və baytarlıq-sanitariya tələbləri üzrə peşəkar konsaltinq və qiymətləndirmə xidmətləri təklif edir.
Heyvan sağlamlığı ilə bağlı elmi, texniki və praktiki xidmətə heyvandarlıq təsərrüfatları, heyvan kəsimi məntəqələri, baytarlıq aptekləri və klinikaların baytarlıq-sanitariya tələbləri üzrə layihələndirilməsi, konsaltinqi və qiymətləndirilməsi daxildir. Bununla yanaşı, İnstitutun mütəxəssisləri tərəfindən biotəhlükəsizlik və biomühafizə qaydaları üzrə konsaltinq xidmətləri, xəstəliklərin laborator diaqnostikası, balıq və dəniz məhsulları istehsalı müəssisələrinin, həmçinin quşçuluq təsərrüfatlarının baytarlıq-sanitariya tələbləri üzrə qiymətləndirilməsi, baytarlıq preparatlarının heyvandarlıqda səmərəli istifadəsi üzrə də konsaltinq xidmətləri göstərilir.
Bu xidmətlərdən faydalanan müəssisələrdə sağlam heyvan yetişdirilməsinə, fəaliyyətin beynəlxalq səviyyəyə və müasir tələblərə uyğunlaşdırılmasına, ümumilikdə mümkün risklərin və təhlükə mənbələrinin minimuma endirilməsinə, eləcə də vaxtında qarşısının alınmasına nail olmaq mümkündür.
Bu sahədə fəaliyyət göstərən sahibkarlar peşəkar konsaltinq və qiymətləndirmə xidmətindən istifadə etmək üçün (012) 377 00 20 (daxili 594) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, müəssisələrdə heyvan sağlamlığının təmin olunması davamlı heyvandarlıq məhsulları istehsalı üçün əsas şərtlərdən biridir. Heyvandarlıqda məhsuldarlığın dəyişməsi qlobal səviyyədə yeni patogenlərin yaranma, inkişaf etmə və heyvanlardan insanlara yayılma potensialını da artırır. Heyvanların sağlamlığı insan sağlamlığı və sağlam ətraf mühitlə sıx bağlıdır. Dəyişən xəstəlik şərtlərinin mürəkkəb problemlərini həll etmək üçün vahid bir yanaşma tələb olunur.