- AQTA-nın “Sağlam məktəbli” layihəsi uğurla yekunlaşıb
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
- Məktəblilərə qida məhsulları ilə davranış qaydaları barədə məlumat verilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinə peşəkar qiymətləndirmə və konsaltinq xidmətinin həyata keçirilməsi üzrə mütəmadi tədbirləri davam etdirir. Xidmətin həyata keçirilməsində məqsəd ölkəmizdə fəaliyyət göstərən müəssisələrin beynəlxalq standartlara, həmçinin yerli qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıdır.
Bu istiqamətdə növbəti tədbir “Sahil Trading” MMC-nin müraciəti əsasında “Neptun” Supermarketlər şəbəkəsinin Binəqədi filialında keçirilib. Məsləhət xidmətinin gedişində AQTİ-nin peşəkar mütəxəssisləri tərəfindən fililala baxış keçirilib, müəssisə əməkdaşlarına sanitar-texniki, sanitar- gigiyenik normalar, məhsul qəbulu, saxlama, satış, tullantıların idarəedilməsi, işçilərin tibbi yoxlanışları, müəssisənin strukturu, ərzaq dövriyyəsi, kimyəvi dərmanlanmadan istifadə və s. kimi mövzular ətraflı izah olunub. Həmçinin müəssisəyə qarşı ölkədaxili minimum tələblərdən əlavə, HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sistemi) kimi beynəlxalq standartlara uyğun fəaliyyət üzrə tövsiyələr verilib.
Diskussiya şəraitində keçən təlimdə market əməkdaşlarının sualları cavablandırılıb.