- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Qida texnologiyaları üzrə beynəlxalq ekspert Upali Samarajeewa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların mütəxəssisləri üçün “Ölçmə qeyri-müəyyənliyinin hesablanması” mövzusunda təlim keçib. Onlayn formatda keçirilən təlimdə AQTİ tabeyində fəaliyyət göstərən laboratoriyaların mütəxəssisləri iştirak edib.
Beynəlxalq ekspert Upali Samarajeewa təlim iştirakçılarına bu beynəlxalq standartın tətbiqinin təmin edə biləcəyi fayda və üstünlüklərdən geniş bəhs edib. Təlim çərçivəsində sınaq laboratoriyalarında ölçmə qeyri-müəyyənliyinin qiymətləndirməsi və hesablanması üçün istifadə olunan statistik metodlar izah edilib.
Eyni zamanda ölçmə qeyri-müəyyənliyi haqqında ümumi tərif və anlayışlar, Ölçmə qeyri-müəyyənliyinə səbəb olan amillər, Qeyri-müəyyənlik hesablamalarında istifadə olunan statistik paylanma üsulları, genişləndirilmiş qeyri-müəyyənliyin hesablanması, standart qeyri-müəyyənliyin hesablanması üzrə nəzəri biliklərlə bağlı ətraflı məlumat verilib, mövzu üzrə interaktiv müzakirələr aparılıb. Sonda isə iştirakçıların təlimi necə mənimsədiyini müəyyən etmək məqsədilə qiymətləndirmə aparılıb.
Qeyd edək ki, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlimlərin keçirilməsində məqsəd AQTİ mütəxəssislərinin peşəkarlıq və səriştəlilik səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasıdır.