- AQTA-nın “Sağlam məktəbli” layihəsi uğurla yekunlaşıb
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
- Məktəblilərə qida məhsulları ilə davranış qaydaları barədə məlumat verilib
“Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən tədris olunan onlayn təlimlər davam etdirilir. AQTİ-nin təşkilatçılığı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə baş tutan budəfəki təlim “Qidalanma zamanı hansı təhlükələrlə üzləşə bilərik və bu təhlükələrdən irəli gələn risklər nələrdir?” mövzusuna həsr edilib.
İlk mərhələdə 30 iştirakçı üçün nəzərdə tutulan təlimdə ümumilikdə qida təhlükəsizliyi sahəsində aparılan dövlət tənzimləməsi və nəzarət mexanizmlərindən söz açılıb. Daha sonra düzgün qidalanma ilə bağlı geniş təqdimat edilib, sağlam qidalanmanın təşviqinə dair videoçarx nümayiş olunub. Həmçinin iştirakçılara qida mənşəli xəstəliklərə yoluxma, qida zəhərlənməsi halları və digər təhlükə və risklərə qarşı profilaktik tədbirlər, qida məhsullarının istehlakı zamanı diqqət yetirilməsi vacib olan nüanslar ətraflı izah edilib.
Təlimin sonunda iştirakçılar tərəfindən ünvanlanan suallar ətrafında diskussiya aparılıb.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan onlayn seminarlar ümumilikdə 12 mövzunu əhatə edir. Bu seminarların yekununda baş tutacaq imtahanlarda müvəffəqiyyət qazanan iştirakçılara “Məktəblilərin qida bələdçiləri” nişanı təqdim olunacaq. Sözügedən nişanla təltif olunanlar təhsil aldıqları məktəblərdə bufetlərin fəaliyyəti, o cümlədən tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara əməl olunmasına ictimai nəzarəti həyata keçirəcəklər.