- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya (IPPC) və Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baş çəkiblər.
Xarici qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması həyata keçirilir.
AQTİ laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olan beynəlxalq qurumların nümayəndələri ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, İnstitutda beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki rolunu xüsusi vurğulayıblar.
Qeyd edək ki, qonaqlar 2022-ci il 5-7 sentyabr tarixlərində Bakıda keçirilən Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın Avropa və Mərkəzi Asiya üçün regional tədbirində iştirak etmək üçün Azərbaycana gəliblər. Bakıda ilk dəfə keçirilən regional tədbir “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusuna həsr olunub.