Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 17 laboratoriya fəaliyyət göstərir. Bunlardan 2 -si Bakı, 3-ü regionlarda olmaqla ümumilikdə 5 laboratoriya bitki sağlamlığı istiqamətində bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikası üzrə sınaqları həyata keçirir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyanın əsas fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir. Laboratoriya bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsində və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyanın Meyvəli-karantin ekspertiza bölməsində idxal, ixrac, daxili daşınma və monitorinq təyinatlı bitki və bitkiçilik məhsullarında fitosanitar müayinələr həyata keçirilir. Belə ki, bölməyə daxil olan nümunələrdə beynəlxalq standartlara uyğun sınaq metodları ilə entomoloji, herboloji, fitohelmintoloji istiqamətli sınaqlar aparılır. Sınaqlar çərçivəsində bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən və edilməyən, eləcə də fitosanitar risk daşıyan zərərvericilərin, alaq otları və toxumlarının, fitopatogen nematodların aşkarlanması və morfoloji əlamətlərinə əsasən növ təyini həyata keçirilir. Meyvəli-karantin ekspertiza bölməsi AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartı üzrə akkreditasiyadan keçib.
Ətraflı