Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 17 laboratoriya fəaliyyət göstərir. Bunlardan 2-si Kompleks tədqiqatlar istiqamətində ixtisaslaşmışdır. Kompleks tədqiqatlar laboratoriyasında baytarlıq preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin (pestisidlər və gübrələr), eyni zamanda qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, bioloji aktiv qida məhsulları, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə sınaqlar aparılır. Həmçinin Şamaxı Regional Sınaq Laboratoriyasında torpaq, su, bitki qulluq və mühafizə vasitələrində (pestisidlər və gübrələr) keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə sınaqlar həyata keçirilir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin (pestisidlər və gübrələr), eyni zamanda qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, bioloji aktiv qida məhsulları, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır. Bu da tarladan süfrəyədək təhlükəsiz qidanın təmin olunmasında mühüm rol oynayır.
Ətraflı