“Bakı Boulevard Günaydın” restoranı Bakıda 2021-ci ildən fəaliyyət göstərir. Müəssisədə qonaqlara Türkiyə mətbəxinin zəngin çeşidli ənənəvi təamları təqdim olunur.
Sahibkarlıq subyektinin müraciəti əsasında “Baku Boulevard Günaydın” MMC-yə məxsus “Bakı Boulevard Günaydın” restoranında ictimai iaşə obyektlərinin qida təhlükəsizliyi reytinqinin müəyyənləşdirilməsi üzrə “Ulduz-reytinq” layihəsi çərçivəsində qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində tətbiq olunan prosedurlar, sanitariya-gigiyena vəziyyəti, istehsal proseslərinə nəzarət, məhsulların izlənəbilənliyi və digər müvafiq tələblər üzrə uyğunluq vəziyyəti qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə təmin edildiyi müəyyən olunub və 13 noyabr 2026-cı il tarixində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Bakı Boulevard Günaydın” restoranına “5 ulduz” sertifikatı təqdim edilib.