HACCP nədir?
HACCP (Hazard Analysis and Critical Control Points) – qida istehsalı və emalı proseslərində yarana biləcək təhlükələri əvvəlcədən müəyyən edərək onların qarşısını almağa yönəlmiş, beynəlxalq səviyyədə qəbul olunmuş idarəetmə sistemidir. Sistem, istehsalın hər mərhələsində təhlükə təhlili apararaq qida məhsullarının təhlükəsizliyini təmin etməyə xidmət edir.
Azərbaycan qanunvericiliyində HACCP idarəetmə sisteminə dair tələblər
Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən, qida istehsalı və iaşə sahəsində fəaliyyət göstərən müəssisələr qida təhlükəsizliyi üzrə idarəetmə sistemləri, o cümlədən HACCP prinsiplərinə uyğun fəaliyyət qurmalıdırlar. Bu tələblər həm daxili bazarda, həm də ixrac üçün məhsul istehsal edən bütün müəssisələr üçün keçərlidir.
Sahibkarlar üçün HACCP sisteminin faydaları