arrow

Məhsulların izlənilməsi

Məhsulların İzlənilməsi Sistemi – Qida Təhlükəsizliyində Şəffaflıq və Etibar

Məhsulların izlənilməsi sistemi nədir?

Məhsulların izlənilməsi sistemi – qida məhsullarının istehsal, emal, saxlanma və satış prosesinin hər mərhələsinin sənədləşdirilərək izlənilməsi üçün tətbiq olunan idarəetmə mexanizmidir. Bu sistem vasitəsilə məhsulun harada, necə və kim tərəfindən istehsal edildiyi, hansı xammaldan hazırlandığı və hansı şəraitdə daşındığı barədə bütün məlumatlara asanlıqla çıxış əldə edilir.

 

Azərbaycan qanunvericiliyində məhsulların izlənilməsi sisteminə dair tələblər

Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən, qida məhsullarının istehsalçıdan istehlakçıya qədər olan bütün mərhələlərinin izlənilməsi təmin edilməlidir. İstehsalçılar və iaşə müəssisələri məhsulun mənşəyi, hərəkət marşrutu və saxlanma şəraiti barədə dəqiq və təsdiqlənə bilən məlumat təqdim etməlidir.

 

Sahibkarlar üçün məhsulların izlənilməsi sisteminin faydaları

  • Şəffaflıq təminatı – istehsal və satış zəncirində bütün mərhələlərin izlənməsi
  • İstehlakçı etimadının artırılması – məhsul haqqında açıq və dəqiq məlumat təqdim etmək
  • Qanuni tələblərə uyğunluq – dövlət yoxlamalarında və sertifikatlaşdırmada asanlıq
  • Operativ geri çağırma imkanı – məhsulda problem yarandıqda tez reaksiya vermək
  • İxrac imkanlarının genişlənməsi – beynəlxalq bazarların tələb etdiyi standartlara uyğunluq
  • Keyfiyyət idarəetməsinin güclənməsi – istehsal proseslərinin optimallaşdırılması
close
Ərizə nümunəsi (yüklə):
close
~