arrow

Texnoloji axının qurulması

Texnoloji axının qurulması xidməti nədir?

Texnoloji axının qurulması xidməti - qida sahəsində fəaliyyət göstərən müəssisələrdə qida zəncirinin bütün mərhələlərinin qida təhlükəsizliyi prinsiplərinə uyğun, ardıcıl və riskləri minimuma endirən şəkildə təşkil edilməsidir. Bu xidmət nəticəsində müəssisənin sanitar-gigiyenik təhlükəsizliyi və normativ tələblərə uyğunluğu təmin olunur, istehsalın və digər proseslərin səmərəliliyi yüksəlir.


Azərbaycan qanunvericiliyində texnoloji axının qurulmasının tələbi:

Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanunu və əlaqədar normativ aktlar qida sahəsində fəaliyyət göstərən müəssisələrdən qida obyektlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğun qurmağı tələb edir.


Sahibkarlar üçün texnoloji axının qurulması xidmətinin faydaları:

Qanunvericiliyə uyğunluğun təmin edilməsi – qida zənciri obyektinin fəaliyyəti müvafiq hüquqi və texniki tələblərə uyğun qurulur;

Səmərəlilik və optimallaşdırma -  texnoloji axının düzgün planlaşdırılması istehsal da daxil olmaqla bütün proseslərdə vaxt və resurs itkilərini azaldır, məhsuldarlığı artırır;

Davamlı təkmilləşmə üçün baza – proseslərin analiz və optimallaşdırılması asanlaşır.


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təqdim etdiyi xidmətlər:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təqdim olunan Texnoloji Axının Qurulması xidməti qida sahəsində fəaliyyət göstərən müəssisələrdə qida zəncirinin bütün mərhələlərinin qida təhlükəsizliyi prinsiplərinə uyğun, ardıcıl və riskləri minimuma endirən şəkildə təşkil edilməsini təmin edir. Xidmət müəssisələrdə qida təhlükəsizliyi sistemlərinin düzgün qurulmasına, qida zəncirinin bütün mərhələlərində risklərin idarə olunmasına və texniki normativ hüquqi aktların tələblərinin icrasına xidmət edir.

Sözügedən xidmət nəticəsində, müəssisə fəaliyyətini təhlükəsiz, effektiv və normativ tələblərə uyğun şəkildə qurmaq imkanı əldə edir və davamlı təkmilləşmə üçün zəmin formalaşdırır.

close
Ərizə nümunəsi (yüklə):
CAPTCHA
close
~