arrow

Qida təhlükəsizliyi

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 17 laboratoriya fəaliyyət göstərir.

Qida təhlükəsizliyi
Qida təhlükəsizliyi
Qida təhlükəsizliyi
Qida təhlükəsizliyi
Qida təhlükəsizliyi
Lənkəran Regional Sınaq Laboratoriyası
Lənkəran Regional Sınaq Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) üç istiqamətdə fəaliyyət göstərir. Bu laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji və virusoloji müayinələrin aparılması, eyni zamanda  heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası həyata keçirilir.

Ətraflı
Bakı Regional Sınaq Laboratoriyası
Bakı Regional Sınaq Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərərək ölkədə istehsal olunan, eləcə də idxal-ixrac edilən qida məhsullarında və suda təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinəsinin həyata keçirilməsi istiqamətində ixtisaslaşıb.

Ətraflı
Milli Referens Laboratoriyası
Milli Referens Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, kimyəvi-toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO və mənşə təyini üzrə müayinələri həyata keçirilir. Laboratoriyanın nəzdində həmçinin səyyar tipli qida laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya xüsusi dövlət tədbirləri və kütləvi zəhərlənmə hallarında dərhal müayinənin aparılması üçün hazırlanıb.

Ətraflı
Abşeron Regional Sınaq Laboratoriyası
Abşeron Regional Sınaq Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Abşeron Regional Sınaq Laboratoriyasının fəaliyyəti ölkədə istehsal edilən, idxal və ixrac olunan, eləcə də daxili bazarda satılan məhsulların keyfiyyətinin normativ texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlamaqdan və nəticələri təsdiq edən sənədlərin verilməsini müəyyən olunmuş  qaydada  həyata  keçirməkdən ibarətdir. Laboratoriya fəaliyyətində akkreditasiya sahəsinə uyğun beynəlxalq və yerli metodlardan istifadə etməklə, təqdim olunan məhsulu fiziki-kimyəvi, mikrobioloji  və toksikoloji sınaqlar aparmaqla sınaq protokolları ilə rəsmiləşdirir.

Ətraflı
Gəncə Regional Sınaq Laboratoriyası
Gəncə Regional Sınaq Laboratoriyası

Gəncə Regional Sınaq Laboratoriyası (GRSL) ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərir.

Ətraflı