Reytinq / Ulduz Layihəsi – İctimai İaşə Müəssisələri üçün Keyfiyyət və Etibarın Ölçülməsi
Xidmətin mahiyyəti nədir?
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTI) tərəfindən həyata keçirilən Reytinq, yəni Ulduz Layihəsi, ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti və fəaliyyət standartlarına uyğunluğunu sistemli şəkildə ölçərək qiymətləndirir. Hər bir müəssisə fəaliyyət səviyyəsinə uyğun olaraq müəyyən sayda ulduzla qiymətləndirilir. Bu yanaşma müəssisənin güclü tərəflərini və inkişaf sahələrini açıq şəkildə göstərir və həm yerli, həm də xarici müştərilər üçün obyektiv göstərici rolunu oynayır.
Azərbaycan qanunvericiliyində Reytinq Ulduzu layihəsinin tələbi
“Reytinq ulduzu” layihəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın 10.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlerinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir.
Sahibkarlar üçün Reytinq Ulduzu layihəsinin faydaları
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təqdim etdiyi xidmətlər
AQTI layihə çərçivəsində ictimai iaşə müəssisələrində fəaliyyətin təhlükəsizlik, xidmət keyfiyyəti və standartlara uyğunluğunu ətraflı qiymətləndirir, nəticələri obyektiv ulduz reytinqi şəklində təqdim edir. Qiymətləndirmə əsasında inkişaf sahələri üzrə məsləhətlər verilir, tətbiq zamanı metodiki dəstək göstərilir və nəticələr rəsmi sənəd və sertifikatlarla təsdiqlənir. Bu yanaşma müəssisənin həm yerli, həm də xarici müştərilər qarşısında etibarını gücləndirir və fəaliyyətin davamlı təkmilləşdirilməsini təmin edir.